Modern.az

Ötən həftə daha 236 mina aşkarlanıb

Ötən həftə daha 236 mina aşkarlanıb

Aktual

8 Avqust 2022, 13:08

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, avqustun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 204, tank əleyhinə 32 mina və 29 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 697 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...