Modern.az

Çində COVID bitməmiş yeni virus YAYILDI

Çində COVID bitməmiş yeni virus YAYILDI

Aktual

8 Avqust 2022, 13:52

Çin və Sinqapur alimləri insanlarla yanaşı, heyvanlara yoluxa bilən henipavirusun əvvəllər məlum olmayan növünü aşkar ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

 

Yeni patogen "Lanye" virusu adlandırılıb. Ekspertlərin hesablamalarına görə, Şandunq və Henan əyalətlərində 35 nəfər yeni virusa yoluxub. Xəstəliyin əsas simptomları öskürək, qızdırma, zəiflik, əzələ ağrısı, ürəkbulanma və baş ağrısıdır. 

 

Qeyd olunub ki, indiyədək yoluxanlar arasında heç bir əlaqə olmayıb. Bu da virusun insandan-insana keçmədən də yayıla bilməsinə imkan verir. Ümumiyyətlə, patogen "Nipah" virusuna bənzəyir, lakin "Lanye" infeksiyasında hələ ölüm halı qeydə alınmayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...