Modern.az

4 medallı qaziyə ev verildi - FOTOLAR

4 medallı qaziyə ev verildi - FOTOLAR

Aktual

8 Avqust 2022, 15:34

Vətən müharibəsi iştirakçısı Mehman İbrahimov dövlət tərəfindən yeni mənzillə təmin edilib.

 

Modern.az xəbər verir ki, Bakının Xocasən qəsəbəsindəki yeni yaşayış massivində iki otaqlı tam təmirli mənzillə təmin olunan qazi hərtərəfli qayğı ilə əhatə olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Mehman Kamil oğlu İbrahimov 44 günlük Vətən müahribəsinin ilk günlərindən könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qoşulub. İxtisasca hərbçi olan Mehman Cəbrayıl, Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Ömər aşırımı istiqamətində gedən döyüşlər zamanı ayağından yaralanıb. Üç gün xəstəxanada müalicə aldıqdan sonra oranı öz istəyi ilə tərk edərək yenidən döyüşlərə qatılıb.

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

 

“Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medallarına da layiq görülən Mehman İbrahimov hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona təqdim edilən yeni mənzilində yaşayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...