Modern.az

Rusiyada yoluxma sayı 60 faiz ARTIB

Rusiyada yoluxma sayı 60 faiz ARTIB

Aktual

8 Avqust 2022, 16:17

Rusiyada ötən həftə ərzində koronavirusa yoluxanların sayı 60 faiz artıb.

 

Modern.az xəbər verir ki, son sutkada qonşu ölkədə 17 min 862 yeni yoluxma aşkarlanıb, 1252 nəfər xəstəxanaya yerləşdirilib. Bundan əlavə, 8721 nəfər sağalıb, 45 xəstə dünyasını dəyişib.

 

Rusiyanın 15 regionunda yoluxma sayında artım qeydə alınıb. Xəstəxanaya yerləşdirilmiş şəxslərin sayı 27,7 faiz artıb.

 

Qeyd edək ki, iyul ayında Rusiyada “omikron” ştamının daha yoluxucu “kentavr” növü aşkar edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...