Modern.az

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Aktual

8 Avqust 2022, 16:32

Varvara Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Modern.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Həbil Yusubov və Məhəmməd Allahverdiyev olduğu müəyyən edilib.

 

Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...