Modern.az

Füzulidə vətəndaşların problemləri dinlənildi - FOTOLAR

Füzulidə vətəndaşların problemləri dinlənildi - FOTOLAR

Aktual

8 Avqust 2022, 17:30

Vətəndaşların qaz təsərrüfatına dair problem və təkliflərinin yerindəcə dinlənilməsinə xidmət edən "Səyyar qəbul otağı" Füzuli sakinlərinin ixtiyarında olub.

 

Modern.az xəbər verir ki, keçirilən görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı-təmir şöbəsinin rəis müavini Məsləhət Yunusov və Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların müraciətlərini dinləyiblər. Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, işə qəbul, fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin qazlaşdırılması, mənzilə əlavə 2-ci qaz sayğacının quraşdırılması ilə bağlı olub.

 

Daxil olan müraciətlər araşdırılaraq Birlik tərəfindən müvafiq işlərin görülməsi məqsədi ilə qeydlər aparılıb, vətəndaşlara lazımi izahatlar verilib.

 

Füzulidə vətəndaşların problemləri dinlənildi - FOTOLARFüzulidə vətəndaşların problemləri dinlənildi - FOTOLARFüzulidə vətəndaşların problemləri dinlənildi - FOTOLARFüzulidə vətəndaşların problemləri dinlənildi - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...