Modern.az

İranda bir gündə minlərlə yoluxma olub

İranda bir gündə minlərlə yoluxma olub

Aktual

8 Avqust 2022, 18:00

İranda ötən sutka ərzində 3379 nəfər koronavirusa yoluxub, 54 nəfər dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.

 

İranda virusdan ölənlərin sayı 142 515 nəfərə çatıb, yoluxanların sayı 7,44 milyondan çoxdur. Virus daşıyıcılarından 1493 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 7,1 milyonda çox şəxs koronavirusdan sağalıb, 53,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...