Modern.az

Qadın şahmatçılarımız Ermənistanı darmadağın etdi 

Qadın şahmatçılarımız Ermənistanı darmadağın etdi 

Aktual

8 Avqust 2022, 18:38

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında qadın şahmatçılarımız Ermənistan komandası üzərində parlaq qələbə qazanıb.

 

Modern.az xəbər verir ki, bu gün keçirilən 10-cu turda qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət yığmamız Ermənistan şahmatçıları ilə mübarizə aparıb.

 

Şahmatçılarımız rəqib komanda üzərində böyük hesablı (4:0) qələbə qazanıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...