Modern.az

“Qarabağ zəfəri Türk dünyasının özünə güvənini artırıb” - Çavuşoğlu

“Qarabağ zəfəri Türk dünyasının özünə güvənini artırıb” - Çavuşoğlu

Aktual

8 Avqust 2022, 20:06

“Azərbaycanla qardaşlıq bağlarımız müstəsna rol oynayır".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı deyib.

 

XİN başçısı qeyd edib ki, 2020-ci ildə Türkiyə xalqı Azərbaycana dəstək olub.

 

“Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdıq. Türk dövlətlərinin 30 illik müstəqilliyi dövründə ən vacib hadisə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağ zəfəridir. Bu zəfərdən sonra Türk dünyasının özünə güvəni daha da artıb", - deyə türkiyəli nazir bildirib.

 

Çavuşoğlu onu da vurğulayıb ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiya şəklində davam edir. Onun sözlərinə görə, normallaşma prosesi sadəcə sözdə deyil, həm də əməldə inkişaf etməlidir.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...