Modern.az

Premyer Liqada ilk tura yekun vuruldu

Premyer Liqada ilk tura yekun vuruldu

Aktual

8 Avqust 2022, 21:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.

 

9 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdan “Turan Tovuz” klubu öz meydanında “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu nəticədən sonra “Qəbələ” 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” də eyni xala malikdir. Xalı olmayan “Turan Tovuz” isə doqquzuncu sırada yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...