"Bu gün qardaş Türkiyənin beynəlxalq ədalətin təmin edilməsi istiqamətində gördüyü işlər bütün dünyaya nümunədir".
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə səfirlərin 13-cü konfransında deyib.
Son illər beynəlxalq normaların tətbiqində ciddi nöqsanların olduğunu söyləyən C.Bayramov bildirib ki, beynəlxalq hüquq təcrübəsi mövcud beynəlxalq sistemə inamı sarsıdıb.
“500 illik irsə malik Türkiyə diplomatiyası və sizin (türk diplomatların-red) əldə etdiyiniz uğurlar ölkənizin beynəlxalq aktorluğunu günü-gündən artırıb. Dünyanın 5-ci ən böyük diplomatik şəbəkəsi Türkiyəni bu gün daha da güclü edib".
XİN başçısı qeyd edib ki, Türkiyə diplomatiyada innovasiyaların inkişafı üzrə lider ölkəyə çevrilib: "Biz Türkiyənin diplomatiyada mərkəzi və lider ölkəyə çevrilməsini alqışlayırıq".