Modern.az

Ermənistanın 19 hərbçisi ÖLÜB

Ermənistanın 19 hərbçisi ÖLÜB

Aktual

9 Avqust 2022, 08:48

2022-ci ilin yanvar-avqust ayları ərzində Ermənistan ordusunun 19 hərbi qulluqçusu qeyri-döyüş şəraitində ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Ermənistan Baş Prokurorluğundakı mənbədən əldə edilən məlumata əsasən, 10 hərbçi xidmət zamanı, digərləri isə naməlum şəraitdə ölüb.

 

Məlumatda vurğulanıb ki, təkcə yanvar ayında Ermənistan ordusunun 4, fevralda isə 3 hərbçisi naməlum şəraitdə həyatını itirib. Digər itkilər növbəti aylarda qeydə alınıb. Lakin Ermənistanın rəsmi qurumları 19 hərbçinin ölüm səbəbi barədə indiyədək heç bir açıqlama verməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...