Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə qondarma rejim tərəfindən məlumat yayılıb.
Bildirilib ki, avqustun 8-də müqaviləli "hərbi qulluqçular" Qurgen Danielyan və Artur Aruşanyan silahdan istifadə qaydalarını pozduqları üçün xəsarət alıblar. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.