Modern.az

Putin İsrail prezidentilə danışıqlar APARDI

Putin İsrail prezidentilə danışıqlar APARDI

Aktual

9 Avqust 2022, 14:26

Avqustun 9-da İsrail Prezidenti İsaak Hersoqla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

 

Prezidentlər ikitərəfli münasibətlərə dair məsələləri, İsraildən kənardakı yəhudi diasporunun fəaliyyətini və Rusiyadakı “Soxnut” Yəhudi Mərkəzi ilə bağlı problemləri müzakirə ediblər.

 

Qeyd edək ki, Rusiyanın Moskva şəhərinin Basmann Rayon Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin vəsadəti əsasında ölkə qanunlarına zidd fəaliyyətinə görə “Soxnut” təşkilatının fəaliyyətini dayandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı