“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən təyyarəsinə heyət üzvləri və mühəndis-texniki heyəti tərəfindən baxış keçirilib.
AZAL-dan Modern.az-a verilən məlumata görə, təyyarənin tam saz vəziyyətdə olduğu və sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı verdiyi üzə çıxıb.
Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.
***
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.