Modern.az

Dağda köməksiz qalan turist öldü

Dağda köməksiz qalan turist öldü

Aktual

14 Avqust 2022, 10:05

Gürcüstanın Tetnuld zirvəsində ilişib qalan 6 xarici turistdən biri dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə qonşu ölkənin Fövqəladə Halların İdarə olunması xidməti məlumat yayıb.

 

Məlumata əsasən, turist qayalıqlardan yerə düşüb və onun çıxarılması əməliyyatı bir neçə saat davam edib, nəticədə cəsədi saat 16:00 radələrində çıxarılıb.

 

Digər turistlərə gəlincə, onlardan 2-si xəsarət alıb, 3-nün isə sağlamlıq vəziyyəti qənaətbəxşdir.

 

Yaralı turistlər helikopterlə Mestiaya gətirilib, onlara ilkin tibbi yardım göstərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı