Modern.az

17 yaşlı oğlan çayda boğuldu

17 yaşlı oğlan çayda boğuldu

Aktual

14 Avqust 2022, 11:17

Gürcüstanın Borçalı bölgəsində 17 yaşlı soydaşımız çayda boğulub. Azərbaycanlıların kompakt yaşadığı Ağməmmədli kənd sakini Elman Qəmbərov çayda boğularaq həlak olub.

 

Modern.az-ın məlumatına görə, hadisə Depet çayının Quşçu kəndi ərazisində baş verib.

 

Məlumata əsasən, E.Qəmbərov hündür yerdən çaya tullanıb, nəticədə çayın dərinliyində boğulub. Hadisə zamanı ətrafda digər şəxslər olsa da, onun həyatını xilas edə bilməyiblər.

 

Kənd sakinləri bildirirlər ki, sözügedən ərazidə daş karxanaları müxtəlif qazıntı işləri apardıqlarından həmin yerdə iri çuxurlar yaranıb, bu isə orada üzən uşaqların həyatı üçün böyük təhlükədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı