Modern.az

Yevlaxda yol qəzası can aldı

Yevlaxda yol qəzası can aldı

Aktual

14 Avqust 2022, 17:29

Yevlax şəhərində avtomobillər toqquşub, ölən və xəsarət alan var.

 

Modern.az Report-a istinadən xəbər verir ki, "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Elzamin Məmmədov ölüb.

 

Qəza zamanı Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Mirzəyev isə müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı