Modern.az

İrəvanda partlayış terrordur? - Nazir açıqlama verdi

İrəvanda partlayış terrordur? - Nazir açıqlama verdi

Aktual

15 Avqust 2022, 12:57

Ermənistanın paytaxı İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş hadisə terror aktı deyil.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan bildirib.

 

"Partlayış anının videosuna baxsaq, görərik ki, terror aktından söhbət gedə bilməz. Əvvəlcə yanğın, sonra isə partlayış olub. Ona görə də deyə bilərik ki, burada terror hadisəsi olmayıb", - nazir mətbuata açıqlamasında deyib.

 

Xatırladaq ki, ötən gün “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış zamanı azı 6 nəfər ölüb, 17 nəfər itkin düşüb. Hadisə nəticəsində 61 nəfər isə yaralanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı