Modern.az

İslamiada: Daha iki cüdoçumuz finala çıxdı - YENİLƏNİB

İslamiada: Daha iki cüdoçumuz finala çıxdı - YENİLƏNİB

Aktual

15 Avqust 2022, 17:14

Cüdoçularımızın V İslam Həmrəyliyi Oyunlarında mübarizəsi davam edir.

 

Modern.az xəbər verir ki, təmsilçilərimizdən Könül Əliyeva (48 kq) və Nəriman Mirzəyev (73 kq) uğurla çıxış edərək finala yüksəliblər.

 

Bundan əvvəl tatami ustamız Balabəy Ağayev (60 kq) də həlledici mərhələyə vəsiqə qazanıb. Telman Vəliyev (73 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.

 

***

 

Bu gün V İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız mübarizəyə qatılıblar.

 

Modern.az xəbər verir ki, təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) yarımfinalda Türkmənistan təmsilçisi Hakberdi Jumayevi məğlub edərək finala yüksəlib.

 

Digər cüdoçularımızdan Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala vəsiqə qazanıblar.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı