Modern.az

“Qarabağ”ın rəqibi: Bakıda rekorda imza atmışam

“Qarabağ”ın rəqibi: Bakıda rekorda imza atmışam

Aktual

16 Avqust 2022, 13:25

"Bakıya mümkün olan ən yaxşı nəticəni qazanmaq və qalib olmaq məqsədilə gedirik".

 

Modern.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" klubunun futbolçusu Yan Sikora deyib.

 

O, Çexiyanın "Slovan" klubunda çıxış etdiyi vaxt Bakıda "Qarabağ"a erkən vurduğu qolu xatırladıb: “Həmin vaxt matç heç-heçə başa çatsa da, orada unudulmaz nailiyyətə imza atdım. Həmin matçda vurduğum qol hələ də rekordlar kitabındadır”.

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!