Modern.az

Çin Rusiyaya qoşun göndərir - Səbəb açıqlandı

Çin Rusiyaya qoşun göndərir - Səbəb açıqlandı

Aktual

17 Avqust 2022, 18:14

Çin Rusiyada keçiriləcək "Vostok" hərbi təlimləri üçün bu ölkəyə qoşun göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hindistan, Belarus, Monqolustan, Tacikistan və digər ölkələrin birgə hərbi təlimlərdə iştirak edəcəyi gözlənilir.

 

Nazirlik bildirib ki, Çinin birgə təlimlərdə iştirakı mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəli deyil. Çinin Müdafiə Nazirliyi təlimlərdə iştirakın Rusiya ilə davam edən ikitərəfli əməkdaşlıq sazişinin bir hissəsi olduğunu bəyan edib.

 

“Məqsəd iştirakçı ölkələrin orduları ilə praktiki və dostluq əməkdaşlığı dərinləşdirmək, iştirakçı tərəflər arasında strateji əməkdaşlığın səviyyəsini yüksəltmək və müxtəlif təhlükəsizlik təhdidlərinə cavab vermək bacarığını gücləndirməkdir”, - deyə məlumatda qeyd olunub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı