Modern.az

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Aktual

6 Sentyabr 2022, 09:46

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissənin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 7 sentyabr 2022-ci ildə təmir işlərinin görülməsi planlaşdırılır.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İB-də verilən məlumatda bildirilib.


Təmir işləri aparılan müddətdə saat 08:30-dan İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin  qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...