Modern.az

Nəriman Abbasov UFC-də ilk sınağına çıxır

Nəriman Abbasov UFC-də ilk sınağına çıxır

Aktual

6 Sentyabr 2022, 20:24

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq.

 

Modern.az xəbər verir ki, 28 yaşlı idmançımız “Dana White’s Contender Series”də gücünü sınayacaq. Seriyada qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaqlar.

 

N.Abbasov ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfim ilə üz-üzə gələcək. Sentyabrın 7-də Bakı vaxtı ilə saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. N.Abbasovla İ.Bonfim ikinci cütdə döyüşəcək.

 

Xatırladaq ki, MMA döyüşçümüz peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 məğlubiyyət var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...