Modern.az

ABŞ səfirliyində bomba HƏYƏCANI

ABŞ səfirliyində bomba HƏYƏCANI

Aktual

13 Sentyabr 2022, 21:00

Bu gün axşam saatlarında ABŞ-ın Gürcüstandakı səfirliyinin binasında bomba həyəcanı yaşanıb.

 

Modern.az xəbər verir ki, naməlum şəxs 112 çağrı mərkəzinə zəng vuraraq səfirliyin ərazisində partlayıcı qurğu qoyulması barədə məlumat verib.

 

Səfirliyin əməkdaşları və mülki işçilər binadan dərhal təxliyə olunublar.

 

Hadisə yerində Gürcüstan istehkamçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

 

ABŞ səfirliyi hüquq-mühafizə orqanları əməkdaşlarına məsələyə operativ müdaxilə etdiklərinə görə minnətdarlıq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV