Rusiya Müdafiə Nazirliyi Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo rayonunda yerləşən Kolomiytsı yaşayış məntəqəsinin Rusiya qoşunlarının nəzarətinə keçdiyini açıqlayıb.
Modern.az-ın xəbərinə görə, hərbi qurumun “Max” platformasında yaydığı məlumatda bildirilir ki, “Vostok” qoşun qruplaşmasının bölmələri bu əraziyə nəzarəti ələ keçirib.
