Modern.az

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir

Aktual

5 Oktyabr 2022, 11:56

Bu gün yerli vaxtla saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub.

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Modern.az-a bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.

 

Q.Yetirmişli qeyd edib ki, qeydə alınan zəlzələrin çoxu hiss olunmur:

 

"Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı