İran casusluqda ittiham etdiyi Məhəmməd Baqir Namazini sərbəst buraxıb.
Modern.az xəbər verir ki, ABŞ və İran vətəndaşlığı olan Namazi azadlığa çıxdıqdan sonra İranı tərk edib.
Xatırladaq ki, Məhəmməd Baqir Namazi 2016-cı ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı tərəfindən həbs olunaraq ABŞ-ın xeyrinə casusluqda ittiham edilirdi.