Modern.az

Bu ölkələr Ukraynanın NATO-ya üzv olmasını İSTƏYİR

Bu ölkələr Ukraynanın NATO-ya üzv olmasını İSTƏYİR

Aktual

5 Oktyabr 2022, 13:50

Ukraynanın NATO-ya üzvlüklə bağlı ərizəsi artıq 11 ölkə tərəfindən dəstəklənib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

 

"Biz Ukraynanın NATO-ya daxil olması prosesinə başlayırıq və onu sona çatdıracağıq. Rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Ərizəmiz Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya da daxil olmaqla, 11 ölkə tərəfindən açıq şəkildə dəstəklənib", - deyə Andrey Yermak bildirib.

 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 30 sentyabrda NATO-ya qısa zamanda üzv olmaq üçün müraciət olunduğunu bəyan etmişdi. Lakin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı işlərin həyata keçirilməsi üçün uyğun zaman deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı