Modern.az

Həsrətinə son qoyulan şəhid məzarı

Həsrətinə son qoyulan şəhid məzarı

Aktual

5 Oktyabr 2022, 14:28

"Bizə Vətən dedilər can verdik, bayraq dedilər qan verdik" - şəhid Fariz Sarıyevin sevdiyi sözlər...


“Bizə Vətən dedilər, can verdik, bayraq dedilər  qan verdik. Biz həmişə dik duruşumuzla, sədaqətimizlə Vətənə layiq olduq və bundan sonra da bu, belə davam edəcək. Biz ancaq Vətənin torpaqlarına səcdə üçün əyilirik”.

Bunlar, Birinci Qarabağ müharibəsinin şəhidi Fariz Rəşid oğlu Sarıyevin sözləri idi-onun qəhrəman xarakteri idi. O şəhidin ki, məzarı İkinci Qarabağ Müharibəsi zamanı işğaldan azad olan Kəlbəcərin Zülfüqarlı kəndində idi.


Birinci Qarabağ müharibəsinin şəhidi Sarıyev Fariz Rəşid oğlu 1973-cu ilin oktyabrın 13-də Kəlbəcərin Zülfüqarlı kəndində anadan olub. 1991-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə gedib. Qarabağda bir çox ağır döyüşlərdə iştirak edib. Bir neçə kəndin işğaldan azad edildməsində qəhrəmanlıq göstərib. Səngər yoldaşlarının sözlərinə görə qorxmaz olduğu qədər də vətənpərvər bir gənc olub. 1992-ci ilin  avqustun  12-dən 13-nə keçən gecə Ağdərənin Vaqauz kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Avqustun 14-də isə onu doğma Zülfüqarlı kəndində dəfn ediblər. Şəhidin adını Zülfüqarlı kənd Mədəniyyət evinə verməklə xatirəsini əbədiləşdriblər.


Şəhidin bacısı Faxrəndə Sarıyevanın sözlərinə görə, Fariz Vətən sevgisini həmişə Abbas Səhhətin bu şeiri ilə vəsf edirdi:


Südüdür kim, dolanıb qanım olub,

O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə Vətən.


Həm də tez-tez deyərdi ki, əsgər vurulduqda yox, unudulduqda ölür. Ona görə də o özü də şəhidlərimizin əziz xatirəsini həmişə əziz tuturdu. Ən çox işlətdiyi digər cümlələr o idi ki, Azərbaycan əsgərini heç nə qorxuda bilməz. Əsgər olmaq, Vətəni qorumaq hər gənc üçün qürurverici duyğu olmalıdır.


Şəhdin qardaşı  Azər Sarıyev bildirir ki, biz çoxuşaqlı ailə olmuquq. Valideynlərimiz bizi vətənpərvər ruhda böyüdüblər. Elm və təhsil almağımıza çalışıblar. Şəhid qardaşım vətənpərvər olduğu qədər də xalqının dövlətinin təssübünü çəkən, torpağının- elinin namusunu qoryuan bir oğul idi. Onun döyüşçü yoldaşları Farizin bu keyfiyyətləri barədə bizə xeyli danışıblar. Kəlbəcər işğaldan azad olunduqdan sonra onun məzarını doğma kəndimizdə ziyarət etdik, üzərini abadlaşdırdıq. Mən və ailəmiz Müzəffər Ali Baş Komandanımıza ona görə minnətdarıq ki, həm doğma torpaqlarımızı işğaldan azad edərək  yurd həsrətimizə son qoyuldu, həm də işğal altıqndakı yüzlərlə şəhid məzarları, şəhid ruhları öz doğmalarına qovuşdular.
 

Elçin Zaman

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı