Modern.az

"Baku Electronics"də yanğın - VİDEO

Aktual

5 Oktyabr 2022, 15:42

Paytaxtın Nəsimi rayonu Füzuli küçəsində yerləşən "Baku Electronics" mağazasında gecə saatlarında yanğın hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər.

 

Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər. Yanğının baş vermə səbəbləri  digər dövlət orqanları tərəfindən araşdırılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!