Modern.az

FIFA azərbaycanlı futbolçuya görə “Bursaspor”u CƏZALANDIRDI

FIFA azərbaycanlı futbolçuya görə “Bursaspor”u CƏZALANDIRDI

Aktual

5 Oktyabr 2022, 17:44

FIFA Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələsgərov və klubu tərk edən digər üç futbolçuya görə Türkiyənin “Bursaspor” komandasına transfer qadağası qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında dərc edilib.

 

Belə ki, “Bursaspor” klubun keçmiş oyunçuları ilə olan müqavilə şərtlərini yerinə yetirməyib və futbolçulara olan borcunu tam ödəməyib.

 

Qərara əsasən, “Bursaspor” qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək.

 

Qeyd edək ki, Namiq Ələsgərov 2021/2022 mövsümündə Türkiyə klubunun formasını geyinib. Hazırda 27 yaşlı Ələsgərov “Sabah” klubunun uğurları üçün çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı