Modern.az

Həbsdə olan sabiq məmurun cəzası AZALDILDI

Həbsdə olan sabiq məmurun cəzası AZALDILDI

Aktual

5 Oktyabr 2022, 17:56

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyəti təyin olunmuş cəzanı ağır hesab edərək şikayəti qismən təmin edib.

 

Qərara əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.

 

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi isə həbs müddətini 3 ay azaltmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı