Modern.az

Qaytarılan hərbçilərə işgəncə verilməyib - Ermənistan rəsmisi 

Qaytarılan hərbçilərə işgəncə verilməyib - Ermənistan rəsmisi 

Aktual

5 Oktyabr 2022, 18:26

Azərbaycan tərəfindən Ermənistana qaytarılan hərbçilərdən 10-u hazırda müstəntiqlər tərəfindən dindirilir, digərlərinin müalicəsi davam edir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.

 

Onun sözlərinə görə, müalicəsi davam hərbçilər reabilitasiyadan sonra dindiriləcəklər.

 

Tadevosyanın sözlərinə görə, geri qayıdan əsgərlər arasında ağır yaralı olmayıb, bəzilərində yüngül qəlpə yaraları var, əsirlikdə onlara işgəncə verilməyib.

 

Xatırladaq ki, oktyabrın 4-də Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə 17 hərbçini Ermənistana qaytarıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı