Modern.az

Kılıçdaroğlu Ərdoğana uduzdu - Təzminat ödəyəcək 

Kılıçdaroğlu Ərdoğana uduzdu - Təzminat ödəyəcək 

Aktual

5 Oktyabr 2022, 19:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu çıxışlarının birində şəxsi hüquqlarının pozulması iddiası ilə məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, məhkəmə bu gün keçirilib. İclasda Ərdoğan və Kılıçdaroğlunun vəkilləri iştirak ediblər.

 

Kılıçdaroğlunun vəkili ittihamların əsassız olduğunu və rədd edilməsinin istəyib. Ancaq məhkəmə vəkilin qaldırdığı vəsatəti rədd edərək, Kılıçdaroğlunun Ərdoğana 50 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...