Modern.az

Bu gün “Qarabağ” “Olimpiakos”la qarşılaşacaq 

Bu gün “Qarabağ” “Olimpiakos”la qarşılaşacaq 

Aktual

6 Oktyabr 2022, 08:00

Bu gün "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

 

"Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

 

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

 

Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.

 

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

 

23:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina) Pirey, "Georgios Karaiskakis"

Xal durumu: "Frayburq" - 6, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı