Cari ilin yanvar ayının 1-dən avqustun 31-ə qədər Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinə dərmanların əlavə təsirləri haqqında 115 bildiriş daxil olub.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov bildirib.
F.Həsənov qeyd edib ki, göndərilən bildirişlərin 46-sı tibb işçiləri, 68-si əczaçılıq şirkətləri və 1-i pasiyentin payına düşür:
“Təqdim olunan məlumatlar ümumi olaraq qiymətləndirilir. Qiymətləndirmə nəticəsində müxtəlif tədbirlər görülür - tibb işçiləri və pasiyentlər üçün dərman vasitəsi haqqında yeni təhlükəsizlik məlumatları hazırlanır, dərman vasitəsinin istifadəsi üzrə təlimatında (içlik vərəqəsində) dəyişiklik edilir, təyinatı məhdudlaşdırılır, dərman vasitəsi geri çağırılır və s. Bu məlumatlar vaxtlı-vaxtında Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində dərc olunur”.