Modern.az

Hərbi attaşelər Edillidəki kütləvi məzarlığa baş çəkdilər

Hərbi attaşelər Edillidəki kütləvi məzarlığa baş çəkdilər

Aktual

6 Oktyabr 2022, 10:52

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkiblər.

 

Modern.az xəbər verir ki, onlara kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat verilib.

 

Qeyd edilib ki, bir neçə gün öncə aşkarlanmış kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

 

Diqqətə çatdırılıb ki, indiyədək Edillidə 25 nəfərin meyitinin qalıqları aşkar edilib. Axtarışlar davam edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı