Modern.az

Ukrayna İran istehsalı olan kamikadze-dronları məhv etdi

Ukrayna İran istehsalı olan kamikadze-dronları məhv etdi

Aktual

6 Oktyabr 2022, 10:56

Ukraynanın cənubunda İran istehsalı olan 9 kamikadze-dron məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb:

 

“Oktyabrın 5-dən 6-na keçən gecə Rusiya qoşunları İran istehsalı olan “Şahed-136” kamikadze-dronları ilə Ukraynaya hücum edib.

 

“Yuq” Hava Komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 9 kamikadze pilotsuz uçuş aparatı məhv edilib”.

 

Qeyd edək ki, avqustun ortalarında İran Rusiya Federasiyasına minə yaxın kamikadze-dron satıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı