YAP Kəlbəcər rayon təşkilatının əməkdaşları 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə Gəncə şəhərində Vətən Müharibəsi Qəhramanı, Polkovnik Leytenant Şəhid Anar Əliyevin valideyinləri qocaman müəllimlər Vaqif Əliyevi və Səkinə xanım Əliyevanı, və Goronboy rayonunda "Qarabağ" ordenli, mayor şəhid Azər Mikayılovun atası qocaman müəllim Əmrah Mikayılovu ziyarət ediblər.
Modern.az xəbər verir ki, çıxış edənlər Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilib.
Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Müəllimlərin yetişdirdiyi Azərbaycanın igid, cəsur oğulları qanları, canları bahasına 30 ildir xalqın sınan, tapdalanan qürurunu – Qarabağı işğaldan azad etdi. 44 günlük müharibənin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpağı üçün canından keçməyə hazır olan, milli mənsubiyyəti ilə fəxr edən, xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir. Xalqımızın Vətən müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə bu gün dərslərimizə yeni məzmun gətirdi, dərsliklərimiz üçün yeni səhifə açdı. Şəhidlərimizin valdeyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.