Modern.az

Bu dərmanlar keyfiyyətsizdir - Xəbərdarlıq

Bu dərmanlar keyfiyyətsizdir - Xəbərdarlıq

Aktual

6 Oktyabr 2022, 15:52

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünya ölkələrinin əczaçılıq sahəsinin milli tənzimləyici qurumlarına Hindistanın Maiden Pharmaceuticals şirkəti tərəfindən istehsal olunan 4 öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq göndərilib.

 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 6-da göndərilən xəbardarlığa əsasən, Promethazine Oral Solution BP, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup, Magrip N Cold Syrup adlı öskürəyə və soyuqdəyməyə qarşı şərbətlər keyfiyyətsizdir (qeyri-standart).

 

Qeyri-standart (substandart) dərmanlar öz keyfiyyətinə, standartlarına və spesifikasiyasına uyğun gəlməyən dərmanlardır.

 

Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin qeydiyyat bazasına əsasən sözügedən dərmanlar Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı