Modern.az

Anar barəsində yazılan tənqidləri kitab formasında çap edəcək

Anar barəsində yazılan tənqidləri kitab formasında çap edəcək

Aktual

6 Oktyabr 2022, 18:00

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev yaradıcılığa başladığı ilk dövrdən indiyədək barəsində yazılan mənfi və müsbət fikirləri toplayaraq kitab şəkilində çap etdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən “Anar - gəncliyin arzusu” adlı tədbirdə tələbələrin suallarını cavablandırarkən deyib.

 

Xalq yazıçısı bildirib ki, “Zamanlarla üz-üzə” əsəri vasitəsilə oxuculara yazıçıların hansı yollardan, çətinliklərdən keçdiyini çatdıracaq.

 

Yazıçı, həmçinin vurğulayıb ki, ailəsi ilə bağlı xatirələrin yer aldığı "Keçən keçdi, olan oldu” adlı kitab yazıb:

 

"Kitabda bu vaxta kimi yazılmayan yeni məlumatlar olacaq. Artıq hazırdır. Güman edirəm ki, bir-iki aya oxucuların ixtiyarına veriləcək. Gələcəkdə ailə üzvlərimlə bağlı əsər də yazmaq istəyirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı