Modern.az

Edillidəki məzarlıq erməni cinayətlərinin nümunəsidir

Edillidəki məzarlıq erməni cinayətlərinin nümunəsidir

Aktual

6 Oktyabr 2022, 17:32

“Bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistanın hərbi cinayətlərinə dair növbəti sübutdur. Bu kimi faktlar həm də ermənilərin insanlığa qarşı cinayətlərinin göstəricisidir”.

 

Bu fikri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Müharibələrin öz qanunlarının olduğunu deyən deputat bildirib ki, beynəlxalq konvensiyaların müddəalarına əsasən, qarşı-qarşıya duran tərəflər mülki əhaliyə və infrastruktura atəş açmamalı, əsir və girovlarla humanizm prinsipləri gözlənilməklə davranmalıdırlar. Ancaq Birinci və İkinci Qarabağ müharibəsinin xronologiyasına nəzər saldıqda aydın şəkildə görünür ki, 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanın silahlı birləşmələri bütün beynəlxalq konvensiyalara arxa çeviriblər. Onların sərgilədikləri davranışlar, törətdikləri müharibə cinayətləri humanizm normaları ilə daban-dabana ziddiyyət təşkil edir. Bunu Xocavənd rayonunun Edilli kəndində tapılan növbəti məzarlıq bir daha təsdiqləyir.

 

Deputatın sözlərinə görə, Birinci Qarabağ müharibəsində əsir düşən və yaxud girov götürülən 4 minədək Azərbaycan vətəndaşından bu günədək xəbər yoxdur. Postmüharibə dövründə Azərbaycan vasitəçilərin səyi ilə aparılan danışıqlarda Ermənistanın həmin şəxslər barədə məlumatların ölkəmizə təqdim olunması məsələsini dəfələrlə gündəmə gətirib. Ermənistan isə hər vəchlə bundan yayınmağa çalışır.

 

“Hazırda müvafiq qurumlar işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların tapılması üçün  axtarış işlərini davam etdirirlər. Şahidlərin ifadələri əsasında belə axtarışlar, həmçinin Xocavənd rayonunun Edilli kəndində aparılıb. Bu kənddə ilk dəfə kütləvi məzarlıq cari ilin fevralında aşkarlanıb. Edilli kəndinin ərazisində bir neçə kütləvi məzarlığın olması ehtimal edilir. Məzar yerlərinin axtarışı və ekshumasiyası işləri mütəxəssislər tərəfindən davam etdirilir. Bu axtarışlar nəticəsində kənddə yeni məzarlıqlar tapılıb. İstintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejminin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub. Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Düşünürəm ki, beynəlxalq birlik ermənilərin bu cinayətlərinə göz yummamalı və cinayətkar ədalət məhkəməsi qarşısına çıxarılmalıdır”,- deyə Fatma Yıldırım vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı