Modern.az

Vyetnam təyyarəsi Bakıya təcili eniş etdi

Vyetnam təyyarəsi Bakıya təcili eniş etdi

Aktual

6 Oktyabr 2022, 23:18

"Vietnam Airlines" aviaşirkətinin hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

 

Frankfurt-Xo Şi Min reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

 

"Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

 

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...