Modern.az

Rusiyaya yeni sanksiyalar gəlir

Rusiyaya yeni sanksiyalar gəlir

Aktual

7 Oktyabr 2022, 09:04

Yaponiya Nazirlər Kabineti referendumlar və dörd yeni regionun Rusiyaya birləşdirilməsi ilə əlaqədar Moskvaya qarşı sanksiyalar rejimini genişləndirmək barədə qərar qəbul edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Seydzi Kihara bildirib.

 

“Kabinet iclasının nəticələrinə əsasən, yeni əlavə sanksiyaların tətbiqi, yəni bu dörd regionun nümayəndələrinin, eləcə də Rusiya rəsmilərinin aktivlərinin dondurulması barədə qərar qəbul edilib”, - Kihara deyib.

 

Qeyd edək ki, barələrində sanksiya tətbiq edilən şəxslərin siyahısı açıqlanmayıb. Bundan əvvəl Avropa İttifaqı Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı