Modern.az

“Qarabağ” bu göstəricidə liderdir - UEFA açıqladı

“Qarabağ” bu göstəricidə liderdir - UEFA açıqladı

Aktual

7 Oktyabr 2022, 09:38

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ən çox qol vuran komandalar sırasında yer alıb.

 

Modern.az xəbər verir ki, UEFA-nın rəsmi saytının açıqladığı statistik göstəriciyə əsasən, Ağdam təmsilçisi qrupun ilk 3 turunda 7 qol vurub, bu göstəricidə onlar 32 komanda arasında üçüncü yerdə qərarlaşıb.  

 

“Mittüland” (Danimarka), “Frayburq” (Almaniya), Betis” (İspaniya) də rəqib qapılarına 7 dəfə yol tapıb. Siyahıda ilk pilləni 10 qolla “Feyenoord” (Niderland) tutur.

 

Qurban Qurbanovun komandası ilk 3 turda çərçivəyə ən çox zərbə endirən (24 dəfə) komandalar sırasında isə birinci yeri tutur. Bu zərbələrdən 7-si qol olub. İkinci-üçüncü pillələrdə “Frayburq”la “Betis” (hərəyə 20 dəfə) qərarlaşıb.

 

Xatırladaq ki, "Qarabağ" ötən gün "Olimpiakos"a Afinada 3:0 hesabı ilə qalib gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı