Modern.az

MDB liderləri Rusiyada TOPLAŞIR

MDB liderləri Rusiyada TOPLAŞIR

Aktual

7 Oktyabr 2022, 09:46

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, MDB liderlərinin görüşü Strelnada yerləşən Konstantinovski sarayında baş tutacaq.

 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Sant-Peterburqa yola düşüb. Azərbaycan Prezidenti İlham Əliyevin də görüşə qatılması gözlənilir. 

 

Xatırladaq ki, MDB ölkələri liderlərinin sonuncu qeyri-rəsmi görüşü 2021-ci ildə dekabrın 28-də Sankt-Peterburqda keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı