Modern.az

Ukraynada ölənlərin sayı artıb - YENİLƏNİB

Ukraynada ölənlərin sayı artıb - YENİLƏNİB

Aktual

10 Oktyabr 2022, 15:08

Rusiya ordusunun Ukraynanın 8 vilayətinə və paytaxt Kiyevə raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 9-a, yaralı sayı isə 36 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

 

Bildirilib ki, şəhərlərdə dağıntı və yanğınların aradan qaldırılması üçün 120-dən çox insan, minə qədər xüsusi texnika işləyir.

 

***

Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib. 

 

Onun sözlərinə görə, ölkənin hər yerində hava həyəcanı işə salınıb. 

 

***

Bu gün səhər saatlarında raket hücumuna məruz qalan Kiyevdə ölən mülki şəxslərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko rəsmi məlumat yayıb.

 

Onun sözlərinə görə, Kiyevin mərkəzində raket hücumu zamanı azı 5 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölü sayının artması istisna edilmir.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev raket hücumuna məruz qalıb. Ardınca şəhərdə güclü partlayışlar olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı