Modern.az

Rektor 75 yaşlı prorektoru təbrik etdi

Rektor 75 yaşlı prorektoru təbrik etdi

Aktual

10 Oktyabr 2022, 14:18

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanı anadan olmasının 75 illik yubileyi münasibəti ilə təbrik etmiş, gül dəstəsi və hədiyyə təqdim edib.

 

Modern.az xəbər verir ki, bununla yanaşı uzunmüddətli səmərəli elmi fəaliyyəti, o cümlədən universitetin ictimai-siyasi həyatında yaxından fəal iştirakı nəzərə alınaraq Kimya kafedrasının baş müəllimi Firdus Allahverdiyeva da 80 illik yubileyi münasibəti ilə təbrik edilmiş, ona Fəxri Fərman və mükafat təqdim olunmuşdur. Hər iki yubiliyara bundan sonrakı fəaliyyətinlərində uğurlar və cansağlığı arzu edilib.

 

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Kimya kafedrasının baş müəllimi Firdus Allahverdiyeva isə onlara göstərilən diqqət üçün minnətdarlığını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı