Modern.az

Ərdoğan Putinə Rusiya ilə Qərb arasında vasitəçilik təklif edib

Ərdoğan Putinə Rusiya ilə Qərb arasında vasitəçilik təklif edib

Aktual

10 Oktyabr 2022, 14:48

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığında Ankaranın Moskva ilə Qərb arasında Ukrayna üzrə danışıqlar aparmaq təklifi müzakirə olunub.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Türkiyə və Avropa İttifaqındakı müştərək parlament komitəsinin sədri İsmayıl Emrah Karayel RİA Novosti-yə bildirib ki, İstanbul Rusiya ilə dörd Qərb ölkəsi arasında danışıqların keçirildiyi məkana çevrilə bilər. Əvvəllər məlum olub ki, Türkiyə Rusiya ilə ABŞ, Fransa, Almaniya və Böyük Britaniya arasında danışıqlar təşkil etməyi planlaşdırır, müvafiq təklif diplomatik kanallar vasitəsilə Vaşinqtona təqdim edilib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı